LayihələrTexnologiya

Smartfonlar üçün yeni MagSafe işıqlandırılması mobil fotoqrafiya üçün yeni imkanlar yaradır.

Smartfonlar foto həvəskarları və professional fotoqraflar üçün getdikcə daha vacib cihazlara çevrilir. Yeni Moonside MagLight adlı cihaz smartfonun kamerasına yeni işıqlandırma imkanları verərək şəkillərinizin daha da yaxşılaşdırılmasına söz verir.

Moonside MagLight RGB-işıqlandırılma funksiyasını,  MagSafe və Qi texnologiyaları ilə uyğunluğunu, portativ və naqilsiz şarj sistemi və ağıllı lampanı bir dəbli korpusda birləşdirən güclü çoxfunksiyalı cihazdır.

 MagLight sizin iPhone cihazınıza MagSafe texnologiyası vasitəsilə, və yaxud komplektində maqnitli halqa olan digər smartfona rahatlıqda yapışaraq quraşdırılmanı rahatlaşdırır və bu prosesi sürətləndirir.

İşıqlandırmanın yeni səviyyəsi

Moonside MagLight hərtərəfli güclü (680 lumen) və parlaq işıqlandırma üçün, ön və arxa sahəyə bölünən 67 işıq diodu ilə təchiz olunub. 

Xüsusi əlavənin köməyi ilə çəkiliş zamanı lazım olan effekti və atmosferi eldə etmək üçün bu diodlardan istifadə etmək mümkündür. Əlavə vasitəsilə hər diodu ayrılıqda ayarlamaq, rəng temperaturunu və parlaqlığı tənzimlənmək və 16 milyon rəngdən, fərqli naxışlar və effektlərdən seçim etmək mümkündür.

Moonside MagLight’dan həm ön, həm arxa kameranın işıqlandırılması üçün istifadə etmək olar. Əsas dairəvi işıqlandırma arxa kameraya yönləndirilib, lakin MagSafe’ı 90 dərəcə çevirərkən siz ön hissədə kiçik LED işıqlı zolaq yaradıb daha işıqlandırılmıs selfilər yarada bilərsiniz. Həmçinin MagLight’dan telefonun flaşından güclü olan avtonom işıq mənbəyi olaraq istifadə edə bilərsiniz 

Şarjın maksimal performansı

Bu həmçinin naqilsiz, MagSafe və Qi texnologiyaları ilə uyğun olan, 15 vatt gücündə naqilsiz şarj cihazıdır. MagLight smartfonu tam şarj edə bilən və yaxud 5-6 saat ərzində işıqlandırmanı təmin edə biləcək 4000 mA/s tutumu olan litium-ion batareyası ilə təchiz olunub.

Əlavələr

MagLight müxtəlif aksesuarları-tutqaclar və bərkidilmələri, həmçinin işıq effektlərin və stillərin dəyişikliyi üçün dəyişilə bilən LED panel dəstlərini dəstəkləyir.

Nəticə

Moonside MagLight mobil fotoqrafiya və işıqlandırma üçün yəni imkanlar yaradan innovativ cihazdır. O, təcrübənizdən asılı olmayaraq, sizin çəkilişlərinizə keyfiyyət, layihələrinizə isə kreativlik qata biləcək.

Teqlər:
Paylaş: