Grand Theft Auto VI oyunun treyleri Rockstar Games şirkətinin YouTube kanalında yayımlanıb.
GTA tarixində ilk dəfə oyunda qadın personajı – Lusiya əlavə edilib. Digər protaqonist isə onun sevgilisi Ceyson olacaq. Onların tarixçəsi bank soyğunçuları Bonni və Klayddan ilhamlanaraq yaradılıb.
Oyunun süjeti Vays-Siti və digər yaşayış məntəqələrini əhatə edən Amerikanın uydurma Leonida ştatında baş verir.
GTA VI oyunun təqdimatı 2025-ci ildə baş tutacaq və o PS5 və Xbox Series X|S oyun konsolları üçün əlçatan olacaq. Oyunun PC üçün buraxılması haqqında isə hələlik heç bir məlumat yoxdur.
Oyun seriyasının əvvəlki hissəsi GTA V 2013cü ildə təqdim olunub və 10 il ərzində 160 milyondan çox nüsxə satılaraq dünyanın ən uğurlu oyunlarından biri oldu.