Oyunlar

Qorxu janrında olan Resident Evil Village oyunun iPhone 15 Pro, iPad Air və iPad Pro üçün versiyasının reliz tarixi açıqlanıb

Məşhur Resident Evil Village oyunu yaxın zamanlarda, daha dəqiq desək oktyabrın 30u Apple’ın portativ cihazları üçün əlçatan olacaq.

Oyunun birinci hissəsini ödənişsiz, tam versiyasını isə $34 ödəməklə əldə etmək olacaq. Həmçinin oyunda $20 qiymətində, daxilində Shadows of Rose süjet genişləndirilməsi olan Winters’ Expansion əlavəsi təklif ediləcək.

Bu məlumat hələ ki yalnız Yaponiya bazarına aiddir, lakin yaxın zamanlarda oyununun beynəlxalq anonsu da gözlənilir.

Resident Evil 4 oyununun iPhone və iPad üçün remeykinə gəldikdə isə, dəqiq tarix hələ bəlli olmasa da, relizin 2023cü ilin sonuna qədər olacağı planlaşdırılır.

Paylaş: