Oyunlar

Valve şirkəti Counter-Strike 2 oyunun uzun müddət gözlənilən reliz tarixinin sentyabrın 27si ola biləcəyi haqda işarə edib

Counter-Strike oyununun rəsmi Twitter səhifəsində Valve şirkəti oyunçulardan müəmmalı bir sual verərək, qarşıdan gələn çərşənbəyə olan planları ilə maraqlanıb.

Görünür ki, Valve tək bir cavaba işarə edir: uzun müddət gözlənilən Counter-Strike 2nin reliz versiyasını oynamağa hazır olmaq lazımdır. Həmin mesajı yalnız bu şəkildə şərh etmək olar.

Yaradıcılar bir müddət əvvəl oyunu 2023cü ilin yay aylarında təqdim etməyə söz vermişdi, lakin bilinməyən səbəblərə görə oyunun relizi təxirə salınmışdır. İndi isə hər kəs Counter-Strike 2 oyununun gözlənilən buraxılış tarixi olaraq sentyabr ayının 27sini gözləyir.

Paylaş: