MenecmentTədbirlər

Bakıda “ISO 9001:2015 keyfiyyəti idarəetmə sistemləri – tələblər”  mövzusunda seminar keçiriləcək

“SİSTEMLİ KEYFİYYƏT – ISO 9001:2015 KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMLƏRİ -TƏLƏBLƏR” adlı seminar üçün qeydiyyat start götürmüşdür. İş dünyasının müxtəlif sahələrindən kis menecerlərin,rəhbərlərin,top menecerlərin,sahibkarların qoşulacacağı proqramda sizdə öz yerinizi alın. ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi dünyanın 180-dən çox ölkəsində 4 milyondan çox təşkilat sertifikat almış dünyanın ən populyar keyfiyyət idarəetmə sistemi və müəssisənin mükəmməlləşdirilməsi standartıdır.

ISO 9001-2015 Keyfiyyət İdarəetmə Sistemi müştərilərin gözləntilərinə, ehtiyaclarına və tənzimləyici tələblərinə cavab verərək müştəri məmnuniyyətini artırmağı nəzərdə tutan, dünya səviyyəli qəbul edilmiş keyfiyyət idarəetmə sistemidir.

Seminarın Mündəricatı:

  • Modul 1 – Keyfiyyəti idarəetmə sistemləri və onun prosesləri
  • Modul 2 – Proses yanaşma
  • Modul 3 – PDCA tsikli – planla, yerinə yetir, nəzarət et, təkmilləşdir sisteminin tətbiqi
  • Modul 4 – SWOT analizi – müəssisənin güclü və zəif tərəflərinin müəyyən edilməsi, imkanların və potensial
  • Modul 5 – Keyfiyyət üzrə siyasətin hazırlanması
  • Modul 6 – İdarəetmədə liderlik
  • Modul 7 – Müştəri məmnuniyyətinin idarə edilməsi
  • Modul 8 – Risklərin qiymətləndirilməsi və idarə olunması
  • Modul 9 – Keyfiyyəti idarəetmə sisteminin məqsədləri və nail olunma resursları
  • Modul 10 – Sənədləşdirilmiş informasiyanın hazırlanması
  • Modul 11 – Dəyişikliklərin idarə olunması
  • Modul 12 – Uyğunsuzluqların idarə olunması
  • Modul 13 – Daxili audit prosesi
  • Modul 14 – Rəhbərlik tərəfindən təhlillərin aparılması
  • Modul 15 – Xarici auditə hazırlıq
  • Modul 16 – Daimi yaxşılaşdırma sisteminin hazırlanması

Təlimçi: Elnar Alıyev (ISO 9001:2015 – 10002:2018 – 22000-2018 Keyfiyyəti İdarəetmə Sistemləri və Müştəri Məmnuniyyəti sahəsində 9 ildən çox təcrübəsi olan mütəxəssis və təlimçi. “Azaflı” Hüquq və Konsultasiya Mərkəzi, “ATEF” Şirkətlər Qrupu, “Ulfanoğlu” Hüquq Bürosu ,CONNECT QSC və BAKU MEDİCAL PLAZAda fəaliyyət göstərmişdir. Hal-hazırda ŞAM-Fİ şirkətində KİS üzrə aparıcı mütəxəssis olaraq fəaliyyət göstərir. )

Proqrama nələr daxildir ?

  1. Seminarda iştirak
  2. Coffee break
  3. Rəsmi Diplom
  4. Tədris materialı ( rəsmi tərcümə)
  5. SWOT təhlillər və müzakirələr

Qiyməti öyrənmək və bilet əldə etmək üçün bu linkə keçid edə bilərsiniz

Paylaş: