HBO yeni bir filmi elan edərək bitkoinin sirli yaradıcısı Satoşi Nakamotonun şəxsiyyətini açmağı vəd edir. Nakamotonun şəxsiyyəti ən çox müzakirə olunan mövzulardan biri olduğuna görə bu xəbər kripto cəmiyyətində böyük maraq doğurub.
Niyə Len Sassamanı bitkoinin yaradıcısı hesab edirlər?
Len Sassaman kriptoqrafiya dünyasında əsas fiqurlardan biri idi və rəqəmsal məxfilik müdafiəçisi kimi tanınırdı. O, bitkoinin yaradılmasında biliklərinə və kriptoanaxist hərəkatında fəal roluna görə əlaqələndirilir. Bir çoxları onun bacarıqları və sənaye sahəsindəki nüfuzlu şəxslərlə əlaqələrinin onu ilk kriptovalyutanın yaradılmasına mümkün namizəd etdiyini düşünür.
Len 2011-ci ildə vəfat etdikdən sonra həmkarları bitkoin blokçeynindəki 138725-ci blokda ona hörmət əlaməti olaraq mesaj buraxıblar və bu, onu simvolik olaraq kriptovalyutanın mirası ilə bağlayır.

Bitkoinin yaradıcısı kimi digər mümkün namizədlər arasında Dorian Nakamoto, Kreyq Rayt, Nik Szabo, Hel Finni, eyni zamanda Elon Mask və Edvard Snouden kimi məşhur şəxslər də var.
Satoşi Nakamotonun şəxsiyyətinin açılması kimə və niyə sərf edir?
HBO-nun ana şirkəti Warner Bros, dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan BlackRock ilə əlaqəlidir. Bu il BlackRock Bitcoin ETF-i işə salıb və öz cüzdanında 366,000-dən çox BTC toplayıb.
Deyilir ki, Satoşi Nakamotonun cüzdanında təxminən 1,1 milyon BTC ola bilər ki, bu da onu bitkoinin ən böyük sahibinə çevirir.
Len Sassaman təəssüf ki, 2011-ci ildə intihar edib və bu, BlackRock-un onu bitkoinin yaradıcısı kimi göstərmək səylərinə sərf edə bilər. Əgər o, Satoşi Nakamoto kimi tanınarsa, onun bitkoinlərinə girişin əbədi itirildiyini iddia etmək olar. Bu vəziyyət BlackRock-a dünyanın ən böyük bitkoin sahibi kimi çıxış etmək imkanı verə bilər.
Bitkoinin yaradıcısının sirrinin açılması dünyada kriptovalyutalara və onların tənzimlənməsinə qarşı münasibəti köklü şəkildə dəyişdirə bilər.