Kripto

HBO-ya görə Bitcoin yaradıcısı Piter Todd-dur, lakin icmada bu iddia şübhə doğurur

9 oktyabrda HBO telekanalında Kallen Hobakın “Elektrik Pul: Bitcoinin Sirri” adlı sənədli film yayımlandı. Filmdə Bitcoinin yaradıcısının kim olduğunu açıqlanıb.

Filmdə iddia edilir ki, əslində Satoşi Nakamoto, Bitcoin və Bitcoin Core-un inkişafında iştirak etmiş kanadalı proqramçı Piter Todddur. Lakin bu iddia bir çox istifadəçi və analitik tərəfindən şübhə ilə qarşılanıb.

Piter Todd özü bu iddianı təkzib edib, BitMEX Research analitikləri isə bu fikirləri “tamamilə gülünc” adlandırıblar. İcma hələ də Satoşi Nakamotonun kim olduğu ilə bağlı qəti nəticəyə gəlməyib.

Paylaş: