Texnologiya

Apple macOS Ventura 13.6 yenilənməsini təqdim edib

Apple macOS Ventura əməliyyat sisteminin altıncı böyük yenilənməsini, macOS Ventura 13.6nı təqdim edib. Bu yenilənmə iki ay əvvəl istifadəyə verilən macOS Ventura 13.5dan sonra buraxılıb.

Apple bu yenilənmənin bütün istifadəçilər tərəfindən yüklənməsini tövsiyə edir. Apple şirkətinin rəsmi qeydlərinə əsasən, macOS Ventura 13.6 yenilənməsində səhvlərə ciddi düzəlişlər və təhlükəsizlik sisteminə dəyişikliklər edilib.

Təhlükəsizliyin təminatı ilə bağlı sənəd bu yenilənmədə iOS sisteminin iOS 16.7 versiyasına qədər aktiv istifadə olunan bir neçə təhlükəsizlik zəifliyinin aradan qaldırılmasını təsdiq edir.

MacOS Ventura 13.6 yenilənməsini bütün uyğun olan kompyuterlərə “Sistem ayarları” bölümündə yerləşən “Əməliyyat sisteminin yenilənməsi” bölümündən ödənişsiz yükləmək olar.

Bu yaxınlarda MacOS Ventura, təqdimatı sentyabrın 27sinə planlaşdırılan,macOS əməliyyat sisteminin ən yeni versiyası olan macOS Sonoma ilə əvəz olunacaq. Eyni zamanda Apple Venturaya keçid edə bilməyənlər üçün macOS 12.7 yenilənməsini təqdim edib.

Teqlər:
Paylaş: