Texnologiya

Apple şirkəti iOS əməliyyat sisteminin 17.0.1 və 17.0.2 versiyalarını istifadəçilərə təqdim edib

iOS 17 əməliyyat sisteminin təqdimatından 5 gün sonra Apple şirkəti iki sistem yenilənməsi təqdim edib.

Yenilənmələr iOS 17.0.1 və iOS 17.0.2 yığım nömrələri altında buraxılıb. Birinci yenilənmə iPhone XS, iPhone XR, iPhone SE və daha yeni modellərə, ikinci yenilənmə isə sırf iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro və iPhone 15 Pro Max modellərinə uyğundur.

Dəyişikliklərə gəldikdə, bu yenilənmələrdə bəzi səhvlərə düzəlişlər edilib və sistemin təhlükəsizliyi artırılıb. Yaradıcılar həmçinin əməliyyat sistemin işinin optimizasiyası üçün tədbirlər görüblər.

Источник: MacRumors

Teqlər:
Paylaş: