OyunlarTexnologiya

Drake və The Weeknd’in süni intellekt vasitəsi ilə yaradılmış mahnısı,”Qremmi” mükafatına layiq görülməyəcək

Bir müddət əvvəl mətbuatda Drake və The Weekend kimi tanınmış ifaçıların vokalından ilhamlanan və süni intellektin köməyi ilə yaradılan “Heart on My Sleeve” mahnısı haqqında məlumat verilib.Həmin mahnı müsiqi cəmiyyətində böyük marağa səbəb olub və bəziləri düşünürdü ki bu mahnı prestijli “Grammy” mükafatına namizəd ola bilər.

Lakin Milli mədəniyyət və səsyazma elmi akademiyasının prezidenti Harvi Meyson (Harvey Mason Jr.) bu məsələyə aydınlıq gətirmək üçün özünün bu mahnının “Grammy” mükafatını ala biləcəyi haqqında əvvəlki bəyanatını təkzib edərək, mahnının nominasiyada iştirak etməyəcəyini söyləyib. Meyson bu mahnının insan tərəfindən yaradılmasına baxmayaraq, artistlərin vokal yazılarının qeyri-qanuni şəkildə, leyblın və artistlərin razılıği olmadan toplanılmasını vurğulayıb. Bundan başqa, həmin kompozisiya kommersiya satışı üçün əlçatan olmadığına görə, onun müsiqi nominasiyalarda iştirakı yolverilməzdir.

Bu qərar müsiqi cəmiyyətində müzakirələrə səbəb olub və süni intellektin iştiraki ilə yaradılan musiqi əsərlərinin “Grammy” mükafatında iştirakı üçün qayda və kriteriyaları haqqında suallar yaradıb. Bu əsərlərin musiqi premiyalarında gələcəyi hələ də müzakirə edilməli və tənzimlənməlidir.

Teqlər:
Paylaş: