NFT-nin dəstəyi ilə yaradılan, və Eşton Katçer, Mila Kunis, Kris Rok, Daks Şepard, Ceyn Fond və Set Makferleynın iştirak etdiyi cizgi serialı investorları aldatdığına görə 1 milyon dollar məbləğində cərimələnib.
2021-ci ildə 8 milyon dollar dəyərində NFT-tokenkərin satışı ilə maliyyələşdirilən “Stoner Cats”, Qiymətli kağızlar və birjalar üzrə komissiyanın fikrinə görə, pulların haqsız istifadə sxeminə cəlb edilib. SEC Stoner Cats 2 LLC-nın üzərində çalışan şirkəti kriptovalyutanın qiymətli kağızlarının qeydiyyatsız satışında ittiham edir.
LLC, Qiymətli kağızlar və birjalar üzrə komissiyanın nəticələrini etiraf etmədən və yaxud təsdiqləmədən, yaranmış vəziyyətin aradan qaldırılması üçün bir sıra tədbirlər görməyə razılıq verib. Bu tədbirlər arasında bir milyon dollar məbləğində vətəndaş cəriməsinin ödənilməsi yer alıb. Lakin, bu hələ son deyil. Bu məsələ ilə bağlı zərərçəkmiş investorların xərclərinin kompensasiyası üçün fond yaradılıb.

Ən maraqlısı isə odur ki, bu dələduzluqla əlaqəli olan bütün NFT-lər məhv olunacaq. Bəli, düz oxudunuz. Məhz bu hadisədə biz rəqəmsal aktivlərin yoxa çıxmasına şahid ola bilərik. Geniş kütlənin məsələ ilə bağlı məlumatlı olduğuna əmin olmaq üçün şirkət həm də SEC-ın qərarı ilə bağlı ictimai bəyanat yaymalıdır.
2021-ci ilin iyulunda, Qiymətli kağızlar və birjalar üzrə komissiyanın hökmünə əsasən, LLC şirkəti hərəsi 800 dollar dəyərində 10000 NFT-tokeni cəmi 35 dəqiqəyə satıb. İstehsalatın marketinq kampaniyası, uğurlu satışdan sonra “bu NFT-lərin sahibi olmağın aşkar üstünlüklərini”, həmçinin gələcəkdə təkrar bazarda satış imkanlarını vurğulayıb.
SC2 şirkəti Hollivudda olan təcrübəsindən, kriptolayihələr haqqında biliklər və veb-serialda iştirak edən tanınmış aktyorlardan istifadə edərək, investorların təkrar satışın uğurlu olacağına arxayın olmağa sövq edirdi. Bu hərəkətlər, 1933-ci ildə qüvvəyə minən “Qiymətli kağızlar haqqında” qanunun pozulması olaraq qiymətləndirilib.