Apple şirkəti iPhone, iPad, Mac və Apple Watch cihazları üçün istifadəçilərin yaradıcı enerjilərini üzə çıxarmaq, yeni sərgüzəştlər aləmini kəşf etmək və ailə üzvləri və dostlarla əylənmək imkanını verən iPhone, iPad, Mac və Apple Watch cihazları üçün 14 tətbiq və oyunu vurğulayaraq ənənəvi tədbiri olan App Store Awards 2023-ün nəticələrini təqdim etdi. Bu ilki qaliblər arasında dünyanın hər yerindən istifadəçilərə mühüm təəsürat bağışlayan və dəyişikliklərə ilhamlandıran oyun və tətbiqlərin tərtibatçıları yer alıb. App Store Awards mükafatının qalibləri görkəmli texniki yenilik, istifadəçi təcrübəsi və dizayna görə 40 finalçı arasından seçildi.
Tətbiqlər
iPhone Üçün İlin Tətbiqi — AllTrails. Tətbiq aktiv istirahət həvəskarları üçün unikal naviqatordur, yeni marşrutlar tapmaq və həmfikir insanları birləşdirmək imkanı verir. Burada siz gəzintiləri, velosiped səyahətləri və qaçışları planlaşdıra, marşrutlarınızı yarada və paylaşa, rəyləri oxuya və reytinqlərə əsasən ən yaxşı marşrutları tapa bilərsiniz.
iPad Üçün İlin Tətbiqi — Prêt-à-Makeup. Vizajistlər üçün nəzərdə tutulmuş “rəqəmsal feysçart” kimi təsvir edilən yenilikçi tətbiq. O, müxtəlif şablonlar və materiallar vasitəsilə yaradıcılığınızı genişləndirən unikal eskiz dəftəri təqdim etməklə, 700-dən çox kosmetik alət və 40 üz şablonu variantı təklif edir.
Mac Üçün İlin Proqramı — Photomator. Şəkilləri redaktə etmək üçün geniş imkan dairəsinə malik təkmilləşdirilmiş fotoredaktor.
Apple Watch üçün İlin Tətbiqi — SmartGym. Animasiyalı məşqlər və düzgün texnika ilə idman zalında və evdə məşq proqramları. Apple-ın “Sağlamlıq” tətbiqi ilə inteqrasiyası var.
Apple TV Üçün İlin Tətbiqi — MUBI. Müəllif və festival filmləri üçün yayım xidməti.
Oyunlar
iPhone Üçün İlin Oyunu — Honkai: Star Rail. Genshin Impact yaradıcılarından fentezi üslubda mərhələli strateji döyüşlü rol oyunu.
iPad Üçün İlin Oyunu — Lost in Play. Tapmacalar və rəngarəng personajlarla dolu qardaş və bacı arasında maraqlı səyahət. Bir çox sirləri olan maraqlı oyun, sizi gündəlik həyatdan uşaqların xəyallar dünyasına aparır.
Mac Üçün İlin Oyunu — Lies of P. Bloodborne üslubundan ilhamlanan və Pinokkionun macəralarından bəhs edən ekşn-RPG.
Apple Arcade Xidmətində İlin Oyunu — Hello Kitty Island Adventure. Animal Crossing üslubundan ilhamlanan, tapşırıqınızın adanızı inkişaf etdirmək və qonşularınıza kömək etmək olan macəra oyunu.
“Mədəni təsir” nominasiyası
Unpacking — hər bir köçümün yeni evdə rahatlıq tapmacasına çevrildiyi bir Zen oyunudur. Meditativ geympley və əşyalar vasitəsilə hekayə izahına malik oyun 2022-ci il BAFTA Games Awards (“Hekayə” və “İlin oyunu” nominasiyasında”) daxil olmaqla 20-dən çox mükafat qazandı.
Pok Pok — Uşaqların öz dünyalarını qura, mini oyunlar yarada və rəsm istedadlarını nümayiş etdirə biləcəkləri yaradıcı alətdir.
Proloquo — Tətbiq nitq və eşitmə qüsurlu insanlara kömək etmək üçün nəzərdə tutulmuşdur, böyük ikonlarlar və təsvirlərlə intuitiv interfeys təklif edir.
Finding Hannah — Orta yaşlı bir qadının gündəlik həyatına əsaslanan maraqlı “əşyanı tap” üslubunda tapmaca.
Too Good To Go — Qida tullantılarının azaldılması üzrə dünyanın aparıcı xidməti. Yerli mağazalardan yüksək keyfiyyətli yeməklər sifariş etməyə imkan verərək israf edilən qida miqdarını azaltmağa kömək edir. İntuitiv sifariş və təhvil prosesi istifadəçilərin gündəlik həyatlarına məsuliyyətli istehlak və ekologiyaya kömək təcrübələrini daxil etməklə yanaşı, asanlıqla dadlı yeməklərdən həzz almağa imkan yaradır.