Archive.org saytı hakerlər tərəfindən hücuma məruz qalıb, nəticədə 31 milyon istifadəçinin məlumatları oğurlanıb. Bu barədə saytda məlumat yayımlanıb.
Layihənin yaradıcısı Bruster Kale oğurlanan məlumatlar arasında elektron poçt ünvanları, istifadəçi adları və şifrlənmiş parolların olduğunu təsdiqləyib. Bu məlumatlar hazırda sızmaların yoxlanılması üçün saytda mövcuddur.
Hücumdan sonra sayt DDoS hücumuna da məruz qalıb. Kale bildirib ki, zəif olan JavaScript modulu deaktiv edilib və təhlükəsizlik tədbirləri gücləndirilir.