USB-C portunun vasitəsilə iPhone 15dən artıq AirPods və Apple Watch smart saatını şarj etmək mümkün olacaq. Smartfonun yeni versiyasında Apple Lightning yuvasını USB-C-yə dəyişməyə qərar verib.
Bu o deməkdir ki, iPhone 15 telefonunun sahibləri, yaxınlıqda əlçatan şarj cihazı olmadığı təqdirdə, telefonları AirPods və Apple Watch cihazlarını şarj etmək üçün istifadə edə bilərlər. Əvvəllər bu funksiya yalnız MacBook noutbuklarında olub.
Bundan əlavə, USB-C-yə keçid digər üstünlüklər də verir. Artıq eyni kabeldən Mac, iPad, iPhone və digər aksessuarı şarj etmək mümkün olacaq. Söhbət iPhone 15 Pro modelindən gedirsə, orijinal kabeldən istifadə etmək şərti ilə, sürəti 10 gbit/saniyəyə catdıraraq, məlumatların ötürülməsini daha sürətli olmağını təmin edir. iPhone 15 telefonunun sadə versiyasında isə məlumatların ötürülmə sürəti USB 2.0 texnologiyası ilə məhdudlaşır.
Apple şirkətinin prezentasiyasında bildirilmişdi ki, iPhone 15 yenilənmiş kamera və Dynamic Island sahəsi ilə təmin olunacaq. Kompaniya həmçinin iki yeni model təqdim edib: iPhone 15 Pro və iPhone 15 Pro Max, hər ikisi ayarlanan fəaliyyət düyməsi ilə təmin olunub. Ondan əlavə, iCloud üçün 6 və 12TBlıq iki yeni tarif planı təqdim edilib.
Köhnə aksesuar və kabellərlə uyğunluğu təmin etmək üçün Apple şirkəti USB-Cdən Lightning’ə 29$ qiymətində adapterı satışa buraxıb. Bu adapter köhnə aksesuarların iPhone 15 cihazına qoşulmasına imkan verəcək.