Texnologiya

MacOS Sonoma təqdim edildi. Hansı yeniliklər var?

macOS Sonoma sistem yeniləməsi artıq istifadəçilər üçün əlçatandır.

Hansı yeniliklərə diqqət yetirməlisiniz?

  • Vidjetlər. iOS-da olduğu kimi. İndi onlar əsas ekranda yerləşdirilə bilər;
  • Oyun rejimi. Oyun zamanı performansı yaxşılaşdırmaq üçün bu rejimi aktivləşdirə bilərsiniz;
  • Windows üçün oyunlar. İndi hər bir istifadəçi Windows üçün hazırlanmış oyunları Mac sisteminə uyğunlaşdıra biləcək;
  • Veb proqramlar. İstənilən vebsaytdan proqram yarada, onu dok və launçpada yerləşdirə bilərsiniz. Belə funksiya əvvəl iOS-da mövcud idi;
  • Yeni ekran şəkilləri və ekran üçün screensaverlər;
  • Safari hesabları. Artıq siz brauzerdə hesabınızı yarada bilərsiniz. Məsələn, iş və şəxsi məkanlarınızı ayırmaq üçün;
  • Həmçinin videokonfranslara, pdf-lərin redaktəsinə, foto və video üzrə axtarışa yeni funksiyalar əlavə edilib.

Yenilənmək üçün “Sistem Parametrləri” bölümündən “Ümumi” bölməsinə keçid edib “Proqram Təminatın Yenilənməsi” seçin.

Teqlər:
Paylaş: