TexnologiyaXəbərlər

Mask: “Mən Zukerberqlə istənilən yerdə, istənilən vaxt və istənilən qayda ilə döyüşməyə hazıram”

İlon Mask yenidən Mark Zukerberqi döyüşə çağıraraq, onunla “istənilən yerdə, istənilən vaxt və istənilən qaydalarla” döyüşməyə hazır olduğunu bildirib. Milyarder bunu gülərək Fox News-un müxbiri Kelli Fairslə müsahibədə deyib. Zukerberqin reaksiyası özünü çox gözlətmədi: Meta şirkətinin rəhbəri buna çaşqın halda “Biz yenə bunu edirik?” cavabını verdi. 

Xatırladaq ki, ötən il hər iki iş adamı Las-Veqasda UFC oktaqonunda döyüşəcəkdi. Ancaq döyüş gözlənilməz bir səbəbdən ləğv edildi: Maskın anası ona iştirakı etməyi qadağan etdi və hazırcavablıq yarışmasını alternativ olaraq təklif etdi.

Döyüş gücünə gəldikdə, Maskın çəki üstünlüyü var: o, ən azı 136 kq (300 funt) olduğunu iddia edir. Ya İlon çox kökəldi, ya da bu, düşməni qorxutmaq cəhdidir. Mask Cənubi Afrikada döyüş və körpələri atmaq təcrübəsini də xatırladıb (nə?).

Rinqin digər tərəfində isə bir neçə ildir ki, Braziliya ciu-citsusu ilə məşğul olan və hətta bir neçə medal qazanan Mark Zukerberqdir. Onun şirkətinin illik hesabatında qeyd olunmuşdur ki, onun idmana olan həvəsi şirkətin effektiv idarə olunmasına mane ola bilər.

Paylaş: