Texnologiya

Meta və Ray-Ban yeni ağıllı eynəklərini təqdim etdilər

Ray-Ban | Meta Ağıllı Eynəklər Meta və EssilorLuxottica şirkətlərinin iş birliyində yaradılan ağıllı eynəklərdir.

Eynəklərdə təkmilləşdirilmiş dinamikın səs keyfiyyəti və beş mikrofon sistemi var. Eyni zamanda eynəklərə 12 MP geniş bucaqlı kameraya quraşdırılıb.

Eynəklər 36 saata qədər şarjsız istifadəni təmin edən qutuda təqdim edilir.

Onlar müxtəlif çərçivələr və linzalarla,Wayfarer və Headliner stillərində satışa çıxarılacaq. Eynəklər optik linzalarla istifadə üçün də uyğundur.

Onların köməyi ilə siz Facebook və ya Instagram-da canlı video yayımlaya bilərsiniz. Səs əmrləri üçün eynəklərə Meta AI sistemi də quraşdırılmışdır.

Eynəklər artıq öncədən sifariş üçün əlçatandır və oktyabrın 17-dən etibarən satışa çıxarılacaq. Qiyməti isə 299 dollardan başlayır.

Paylaş: