Texnologiya

Microsoft, Windows əməliyyat sisteminin tətbiqlərinə süni intellekt köməkçisi əlavə edib

Microsoft yenilənmiş Windows 11 sisteminə 150dən çox yeni funksiya və süni intellekt üzərində qurulan Copilot köməkçisini əlavə edib.

Yenilənmə sentyabrın 26sından istifadəyə veriləcək və aşağıda sadalanan funksiyalarla təmin olunacaq:

  • Windows sistemində Copilot tapşırıqları daha tez və rahatlıqla yerinə yetirməyə kömək edən süni intellektlə yazışmadır. Onu tapşırıq panelindən və ya Win+C düymələrinin kombinasiyası ilə aktiv etmək olacaq.
  • Paint tətbiqini önizləmə funksiyası ilə və şəkillərin arxa fonun silinməsi və qatları əlavə etmək funksiyası ilə çəkilməsi üçün süni intellektlə təchiz ediblər.
  • Photos artıq Background Blur funksiyası vasitəsilə şəkilləri daha rahat redaktə etməyə imkan verir, eyni zamanda tətbiq artıq təkmilləşdirilmiş axtarış sistemi ilə təmin olunub.
  • Shipping Tool ekran görüntülərinin qeyd edilməsi üçün yeni üsullar,məsələn şəkildən mətnin çıxarılması və şəxsi məlumatların qorunması kimi funksiyalar təklif edir.
  • Clipchamp sizin şəkillərinizin və videolarınızın əsasında avtomatik olaraq videoçarxlar hazırlamağa və ya redaktə etməyə kömək edir.
  • Notepad son sessiyanızı avtomatik şəkildə yadda saxlayır və əvvəl açılmış səhifələri bərpa edir.
  • Yeni Windows Outlook həsabları birləşdirməyə imkan verir və elektron məktubları yazmağa,onlara şəkil və yaxud sənədlər əlavə etməyə kömək edir.
  • Modernləşdirilmiş File Explorer kontentə girişi asanlaşdırır və şəkillərə keçid üçün Qalereya funksiyasını əlavə edir.
  • Windows Backup faylları, proqramları və ayarları ötürərək, Windows 11 ilə təmin olunan yeni kompüterə keçidi rahatlaşdırır.

Microsoft eyni zamanda Bing axtarış sisteminə və Edge brauzerinə süni intellektin köməyini əlavə edib və bir neçə yeni Surface kompyuterini təqdim edib.

Paylaş: