Brend üç yeni məhsul buraxıb:
AMOLED displeyli, bluetooth zəngləri dəstəkləyən və süni intellektli səs azaldılması olan WATCH PRO ağıllı saatı.
Qiymət: 4499₹ (92 AZN).

Aktiv hibrid səsboğuculuğu olan, 11 saat ərzində şarjsız işləyən və ULTRA BASS sistemli BUDS PRO qulaqlıqları.
Qiymət: 3499₹ (71 AZN).

Üç portlu, Apple, Samsung və digər kabelləri dəstəkləyən POWER 65W GaN şarj cihazı.
Qiymət: 2999₹ (61 AZN).

Hindistanda bu cihazların satışına artıq start verilib. Məhsulların digər bazarlarda satışa çıxarılacağı barədə hələlik məlumat yoxdur.