Texnologiya

OpenAI yeni DALL-E 3 şəkil generatorunu işə salaraq ChatGPTdə inteqrasiyası haqqında bildirib

OpenAI şirkəti onlara məxsus olan DALL-E 3 şəkil generatorunun yeni versiyasını təqdim edib və onu ChatGPTyə inteqrasiya etmək planlar barədə məlumat verib. Yaradıcılar söyləyir ki, DALL-E 3 sorğuları daha yaxşı başa düşə və çətin instruksiyaları daha dəqiq yerinə yetirə biləcək, bu isə daha detallaşdırılmış və dəqiq şəkilləri yaratmağa imkan yaradacaq. Həmçinin indi istifadəçilər sorğularını ChatGPTnın köməyi ilə formalaşdıra biləcəklər.

OpenAI neyron şəbəkəsinin təsvirində qeyd edilib ki, DALL-E 3 çətin sorğular əsasında şəkillərin yaradılmasının öhdəsindən əvvəlki versiyasından daha yaxşı gəlir. Bu model konkret obyektlərlə səhnələri daha dəqiq yarada, və aralarında olan əlaqələri nəzərə ala bilir. Həmçinin DALL-E 3 süni intellekt üçün çətin olan xırda detalların, məsələn insan əlinin təsvirinin öhdəsindən daha yaxşı gəlir.

Yaradıcılar həm də eyni sorğunun nəticəsində DALL-E 3ün nəticələrinin DALL-E 2nin nəticələrindən daha yaxşı olduğunu bildirib. Həmçinin DALL-E 3 sorğuların dəqiqləşdirilməsində ChatGPTnin köməyindən istifadə etmək imkanını yaradıb. İstifadəçilər ChatGPTdən dəqiq sorğunun yaradılmasını istəyə bilərlər və alınan şəkilin gözləntiləri doğrultmadığı təqdirdə ona dəyişikliklər edə bilərlər.

Hal hazırda DALL-E 3 ilkin tədqiqat versiyası mərhələsindədir və oktyabr ayından ChatGPT Plus və Enterprise abunəçiləri üçün API vasitəsilə əlçatan olacaq.

Qeyd etmək lazımdır ki, DALL-E 2 də olduğu kimi, DALL-E 3 tərəfindən yaradılmış şəkillər istifadəçilərə məxsusdur və şəkillərin kopyalanması, satışı və yayılması üçün icazə almağa ehtiyac yoxdur.

ChatGPTdə DALL-E 3ün işinin nümunəsi

Vurğulamaq lazımdır ki, DALL-E 3 sisteminə bəzi şəkillərin yaradılmasına maneə törədən instrumentlər əlavə olunub. Məsələn sistem propaqandanın və dezinformasiyanın yayılmasının qarşısını almaq üçün ictimai şəxslərin adı hallanan və yaxud qərəzli olan sorğuları rədd edəcək. Bundan əlavə, yaradıcılar şəklin süni intellekt tərəfindən yaradılmasını təyin edə biləcək mənbə klassifikatorunu test edirlər. Və nəhayət, DALL-E 3 artıq müasir rəssamların üslubunda şəkillər yaratmayacaq.

DALL-E 3 tərəfindən yaradılmış şəkillər qalereyası

Teqlər:
Paylaş: