QadjetlərXəbərlər

iPhone-da təhlükəsiz istifadə üçün “qonaq” rejimi əlavə olunacaq

Apple yeni iOS üçün “qonaq” rejimi ilə bağlı patentini inkişaf etdirdi. Bu, iPhone-u dostlara və uşaqlara təhlükəsiz şəkildə verməyə imkan tanıyacaq, əhəmiyyətli məlumatların təsadüfən silinməsi və ya dəyişdirilməsi riskini aradan qaldıracaq.

Patentə əsasən, istifadəçilər qonaq üçün mövcud proqramları və funksiyaları təyin edə biləcəklər. Eyni zamanda, xüsusi sənədləri və fotoları paylaşmaq imkanı olacaq. Qonaq rejimini iPad və digər iPhone-larda da dəyişmək mümkün olacaq.

Nə zaman “qonaq” rejiminin iOS-da istifadəyə veriləcəyi məlum deyil. Hazırda istifadəçilər yalnız “Gizli” qovluqda məlumatlarını gizlədərək, proqramların masaüstündə görünməməsi və axtarışda yer almalarını təmin edə bilərlər.

Paylaş: