Məhkəmədən sızan sənədlər göstərdi ki, TikTok istifadəçiləri öz platformasında saxlamaq üçün xüsusi mexanizmlərdən istifadə edir və bu, onların psixi sağlamlığına zərər vura bilər.
Hazırda ABŞ-ın 14 ştatı TikTok-a qarşı məhkəmə iddiası qaldırıb. Kentukki prokurorluğu, jurnalistlərin əldə etdiyi məlumatları paylaşdı.
Araşdırmalar göstərib ki, tətbiqdən həddindən artıq istifadə yaddaşı, analitik düşüncəni və empatiyanı zəiflədir, eyni zamanda narahatlığı artırır. Bundan əlavə, istifadəçilər pis yatmağa, dərslərində geri qalmağa və yaxınları ilə münasibətlərinin pisləşməsinə səbəb ola bilər.
TikTok ekran qarşısında vaxtı məhdudlaşdırmaq üçün bəzi saxta tədbirlər görüb, məsələn, 60 dəqiqəlik gündəlik limit və fasilə etməyi xatırladan videolar. Lakin bu tədbirlər demək olar ki, işə yaramır və rəhbərlik bunu bilsə də, bu addımları sadəcə piar üçün atıb.
Digər problemlər arasında bunlar var:
- Yetkinlik yaşına çatmayanlar, platformada olmaqları qadağan olduğuna baxmayaraq, canlı yayımlar edir və hədiyyələr alır;
- Yeniyetmələrin qarşısına depressiv və mənfi məzmun çıxır;
- 2021-ci ildə, daxili məlumatlara görə, telefon istifadə edən yeniyetmələrin 95%-i TikTok-dan istifadə edirdi;
- Alqoritmlər əsasən cazibədar insanları göstərir və görünüşcə gözəl olmayanların videolarının baxışlarını azaldır.
TikTok isə iddiaları hər zaman olduğu kimi inkar edir, tədbirlərin işlədiyini, valideyn nəzarətinin mövcud olduğunu və uşaqların hesablarının silindiyini bildirir. Həmçinin, onlar sənədlərin köhnə olduğunu və indiki vəziyyətin tamamilə fərqli olduğunu iddia edirlər.