Apple bu ildən etibarən dəri aksesuarların buraxılışını dayandırıb. Natural dəri ekoloji FineWoven parça materialı ilə əvəz edilib.
İlk alıcılar artiq onun istifadəsi ilə bağlı neqativ rəylər bildirməyə başlayıb. The Verge saytında çalışan Elison Conson bu materialdan hazırlanmış case’dən 7 gün ərzində istifadə edib. O, yeni materialın dəri qədər keyfiyyətli olmadığını bildirib.
Case’ın üzərində hətta kiçik dırnaq cızıqları belə izlər buraxır. Bu cızıqlar case’ın iPhone’a quraşdırılması zamanı belə yarana bilər. Və o izlərdən qurtulmaq heç cür mümkün deyil.


Elison tərəfindən test edilən MagSafe cüzdanı isə artıq qutuda cızılmışdır.


Bu material həmçinin yağ və su ləkələrini üzərində saxlayır.

Qeyd edək ki, bəzi istifadəçilər dəri case’lərin köhnəlməsindən sonra yaranan görünüşü bəyənirdilər.

IFixit saytında çalışan mütəxəssislər bu yeni materiala mikroskop altında baxaraq tədqiqat aparıblar.
Onlar materialın yetərincə davamlı olduğunu, lakin üzərinə cızıq və ləkə izlərinin rahat düşməsini təyin ediblər. O aksesuarlardan aşırı dərəcədə ehtiyatlı istifadə etmək lazım olacaq.


FineWoven materialından hazırlanan case’lərin qiyməti ABŞ-da $59, Avropada isə $69dır.