YouTube dünyada istifadəçi hesablarını və kanalları kütləvi şəkildə bloklamağa başlayıb. Bir çox istifadəçi, heç vaxt qaydaları pozmamasına baxmayaraq, spam və ya fırıldaqçılıq əsaslı xəbərdarlıqlar alır.
Bloklama nəticəsində, istifadəçilər YouTube-un Premium, TV və Music kimi xidmətlərinə müdaxilə edə bilmir. Video izləmək, musiqi dinləmək, şərh yazmaq və məzmun yükləmək mümkün olmur, lakin digər Google xidmətlərinə daxil olmaq mümkündür.
Google, etdiyi bloklamaların bir çoxunun səhv olduğunu təsdiqləyib. Hazırda inkişaf etdirici qrup problemi həll etməyə və bloklanmış hesabların bərpasına çalışır. VPN istifadəsi ilə bağlı iddialar isə təkzib edilib.